"Minatəmizləmə fəaliyyətində də iqlim dəyişikliklərinin təsiri hiss olunur".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, təhlükəsizlik səbəblərindən yağışlı günlərdə çalışa bilmirlər:
"Son zamanlar, son illərdə yağışların artması, sözsüz ki, bizim fəaliyyətimizə öz mənfi təsirini göstərir. Daşqınlar və sellər zamanı təmizlənmiş ərazilərin yenidən minalarla çirklənməsi halları bir neçə dəfə müşahidə olunub. Çay suları, daşqınlar zamanı çay suları ilə minalar axıb aşağı ərazilərə gətirilir. Sözsüz ki, bu bizim üçün bir həyəcan təbilidir və biz artıq bu məsələlərə diqqət yetiririk və daşqınlardan və sellərdən sonra əraziləri əlavə olaraq tədqiq edirik".