Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Anar Bağırov: "Ölkəmizdə vəkillərin ümumi sayı 2 609 nəfərə çatıb"
"Bu gün keçirilən mərasimdə daha 102 namizəd vəkil andı içərək Vəkillər Kollegiyasının (ARVK) üzvü olub. Bununla da ölkəmizdə vəkillərin ümumi sayı 2 609 nəfərə çatıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri ARVK Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində kollegiyanın sədri Anar Bağırov deyib.
Anar Bağırov qeyd edib ki, yeni qəbul olunan vəkillərdən 56 nəfəri kişi, 46 nəfəri isə qadındır:
"Həmin vəkillərdən 11 nəfəri regionlarda, 91 nəfəri isə Bakı şəhərində fəaliyyət göstərəcək. Beləliklə, ölkədə fəaliyyət göstərən qadın vəkillərin sayı 548 nəfərə yüksələrək ümumi vəkillərin 21%-ni təşkil edir".

Məhərrəm Əliyev
"Anar Bağırov" teqi üzrə xəbərlər
- Anar Bağırov: "Dövlət hesabına ödənilən hüquqi yardıma görə haqq kəskin şəkildə artırılacaq"
- Pulsuz hüquqi yardım göstərilən aztəminatlı şəxslərin sayı açıqlandı
- Anar Bağırov: "Hüquqşünas kadrların hazırlanmasında ikili diplom yanaşmasına ehtiyac var"
- Üç vəkilin fəaliyyəti dayandırılıb, dörd vəkilə töhmət verilib
- Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar