Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yanıq xəsarətləri alan bir yaşlı körpə təcili əməliyyat olunmalıdır: 1 100 manata ehtiyacları var
Bir yaşlı Fatimənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Aidə Həsənova məlumat verib.
O bildirib ki, övladı yanvar ayının 9-da ehtiyatsızlıq səbəbindən ağır yanıq xəsarətləri alıb:
"Fatimənin bir yaşı var. O, yanvarın 9-da qaynar yemək dolu qazanı üzərinə dartıb. Hadisə nəticəsində Fatimənin qolu və ayağı ağır yanıq xəsarətləri alıb. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Bir müddət xəstəxanada qaldıqdan sonra evə qayıtdıq.
Müalicələrimizə evdə davam etdik. Fatimənin yaraları sağalmadığı üçün həkimlər mütləq dəriköçürmə əməliyyatı etməli olduğumuzu deyirlər. Bunun üçün isə 1 100 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 659-40-93.
"UniBank": 5243 7544 3801 6329.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Ata övladı üçün fəryad edir: "Mən öz balamın qarşısında aciz qaldım, bəlkə xalqım ona kömək olar"
- Xərçənglə mübarizə aparan 16 yaşlı yeniyetmənin cəmi bir günü qalıb: Xəstəliyi metastaz verib
- Səkkizaylıq İsanın atası: "Xalqıma yalvarıram, balamı xilas edin"
- Böyrək köçürülən Esmira: "Ağrıkəsicilərimi belə borca alırıq"
- Ağır yanıq xəsarətləri alan Şəlalənin dəstəyə ehtiyacı var