Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"DONGFENG Agricultural Machinery" ilə "Improtex Şirkətlər Qrupu" arasında memorandum imzalanıb
17 aprel 2025-ci il tarixində Çin Xalq Respublikasının Pekin şəhərində dövlətlərarası birgə əməkdaşlıq çərçivəsində Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı keçirilib.
"AZPROMO" ilə Çinin Milli İnkişaf və İslahat Komissiyasının Beynəlxalq Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə baş tutan konfrans iki gün davam edəcək.
Əsasən ağır, dağ-mədən, kənd təsərrüfatı sənayelərini və s. sahələrin inkişafına yönəldilmiş tədbirdə hər iki dövlətin yüksəkvəzifəli şəxsləri iştirak ediblər. Tədbirdə Çin Xalq Respublikasının "DONGFENG Agricultural Machinery" ilə Azərbaycan Respublikasının "Improtex Qarabağ Sənaye Kompleksi" şirkətləri arasında anlaşma memorandumu imzalanıb. Anlaşma memorandumuna əsasən "Dongfeng Agricultural Machinery" şirkəti "Improtex Qarabağ Sənaye Kompleksi" şirkətinin "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında yerləşən istehsal müəssisəsində kənd təsərrüfatı texnikalarının birgə istehsalını həyata keçirəcəkdir. İstehsal olunan texnikanın qonşu ölkələrin bazarlarında da satılması nəzərdə tutulur.
Layihə çərçivəsində, istehsal və yığım xəttinin istismara verilməsi, habelə müxtəlif kənd təsərrüfatı texnikaları üçün ehtiyat hissələrin, komponentlərin və ləvazimatların da istehsalı aparılacaqdır.