Keçmiş xəbər aparıcısı Anar Nəcəfli ata olub.
Oxu.Az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə məlumat verib.
“Allaha şükürlər olsun, üçüncü dəfə ata oldum. Özü də yenə oğul atası”,-deyə Nəcəfli yazıb.
Qeyd edək ki, Anar Nəcəfli hazırda Nəqliyyat Nazirliyi “Azəryolsevis” ASC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

Aytən Sadıqzadə
www.oxu.az