2015-ci ilin aprel ayında ayrı-ayrı müəssisələrdə 1631 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 20,8 % azdır.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Nazirlik qeyd edir ki, aparılan təhlillər nəticəsində belə halların əsasən özəl sektora aid müəssisələrdə, tikinti, ticarət və ictimai iaşə, topdansatış sektorlarında baş verdiyi müəyyən olunub.
“Əmək qanunvericiliyinin pozulması hallarına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, müvafiq məbləğlərdə cərimələr tətbiq olunub.
Həmin cərimələrin 65,9%-i (261 066 manat) dövlət büdcəsinə ödənilib ki, bu da 2014-cü ilin aprel ayına dair müvafiq göstərici ilə müqayisədə 32,5% çoxdur” - deyə, nazirlik bildirir.
Ülviyyə R. Əli
www.oxu.az