Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 12-13 iyun tarixində Bakıda I Avropa Oyunlarının açılışında iştirak edəcək.
Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, SOCAR-ın Batumidə yeni ofisinin açılışında çıxış edən İrakli Qaribaşvili deyib ki, Azərbaycan Gürcüstanın vacib strateji tərəfdaşıdır.
“Bu, Acarıstan regionu üçün əhəmiyyətli investisiyadır. SOCAR prezidenti Rövnəq Abdullayevə təşəkkür etmək istəyirəm.
Yeni ofisin açılması münasibətilə onu və Acarıstan hökumətini təbrik edirəm. Azərbaycan Gürcüstanın vacib strateji tərəfdaşıdır və biz Azərbaycanın investisiyalarını salamlayırıq”, - İrakli Qaribaşvili qeyd edib.