"Kiçik yaşda olan heyvanların kəsilməsi heyvan genofondun azalmasına səbəb olur".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev bu gün keçirilən brifinqdə deyib
Onun sözlərinə görə, 6 aylıq quzuların kəsilməsi heyvanların sayının azalması ilə yanaşı keyfiyyətə də təsir edir:
"Belə ki, 6 aylıq heyvanın ətinin keyfiyyəti 12 aylıqla müqayisədə aşağı olur. İnsanlar bunu nəzərə alaraq tələblərə əməl etsinlər. Ən azı 6 aylıq olan xırdabuynuzlu heyvanların kəsiminə Qurban Bayramı ərəfəsində nəzər yetirsinlər".