Gömrükdə şəffaflaşdırma işlərindən danışılırsa, burada qida təhlükəsizliyi kənarda qala bilməz.
Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu”nda çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Q.Təhməzlinin sözlərinə görə, gələn ildən ölkəyə idxal olunan qida məhsulları üçün qida təhlükəsizliyinə nəzarət məntəqələri yaradılacaq:
“Bu məntəqələr serhəd-keçid məntəqələrinin yaxınlığında olacaq və daha sürətli, keyfiyyətli keçidə şərait yaradacaq”.
Könül Cəfərli