13 iyun 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.dqmk.gov.az saytında dövlət qulluğunda çalışmaq istəyən şəxslər üçün müsabiqə elan edilib.
Oxu.Az xəbər verir ki, “ASAN xidmət”dən verilən məlumata görə, müsabiqədə “ASAN xidmət” mərkəzləri üzrə də vakant yerlər elan olunub.
Vakant yerlər cari il ərzində açılması nəzərdə tutulan Bərdə və Sabirabad “ASAN xidmət” mərkəzləri üzrə 10 vəzifə və 10 yer olmaqla nəzərdə tutulur.
Müvafiq vakansiyalarla bağlı daha dolğun məlumatları aşağıdakı link vasitəsi ilə əldə etmək olar:
http://csc.gov.az/aze/elan/010414/HtmlOut/content5.html
Gülnarə Zeynalova
www.oxu.az