“ASAN xidmət” mərkəzi müstəqillik günü münasibət ilə maraqlı video çarx hazırlayıb.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, çarxda mərkəzin əməkdaşları “Azərbaycanda deyəndə” şeirini səsləndiriblər.
“ASAN xidmət”çılar Azərbaycanda xalqını Üzeyir Hacıbəyovun “Arazbarı” simfonik muğamı fonunda oxuduqları şeirlə təbrik ediblər.
Videonun sonunda isə “Müstəqillik günün mübarək Azərbaycan!” yazısı qeyd edilib.
Biz də bu arzulara qoşularaq görkəmli şair Tofiq Bayramun “Azərbaycanda deyəndə” şeirini və video çarxı sizə təqdim edirik.