Astara rayonunda bəy özünün “Ural” yük maşını ilə gəlin gətirib.
Oxu.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, rayonun dağ kəndində toy karvanına bəyin dostları doqquz ağırtonnajlı yük maşını ilə qatılıblar.
Bu da maraqlı görüntülərin ortaya çıxmasına səbəb olub.
Yük maşınları gül-çiçək və rəngbərəng tüllərlə bəzədilib, toyu lentə alan operatorun mindiyi “UAZ” maşınına da bəzək vurulub.