Slovakiyanın xarici işlər naziri Miroslav Layçak istefa verib.
Oxu.Az “Anadolu” agentliyinə istinadən bildirir ki, nazir bu addımı ölkə parlamentinin BMT-nin miqrasiyaya dair müqaviləsinə qoşulmadığı üçün atıb.
Bir müddət əvvəl Mirslav Layçak Slovakiyanın bu müqaviləyə qoşulmayacağı təqdirdə istefa verəcəyini bəyan etmişdi.
Ölkə parlamentinin 150 deputatından 90-ı sənədin əleyhinə səs verib.
Qeyd edək ki, ABŞ, Macarıstan və Avstriya da BMT “Ümumdünya miqrasiyanı tənzimləmə paktı”na qoşulmayacağını bəyan edib.