Duyğu və Dəniz Əzizovaların sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onların anası Nərminə Əzizova məlumat verib.
O bildirib ki, övladlarının ikisi də qaraciyər sirrozundan əziyyət çəkir.
"Duyğunun yeddi, Dənizin beş yaşı var. İkisi də anadangəlmə qaraciyər sirrozundan əziyyət çəkir. İnanın, doğulduqları gündən müalicələrdəyik. Müalicələri o qədər xərc tələb edir ki, çatdırmadığımız üçün bütün qızıllarımı, avtomobilimizi satmışıq. Hazırda qızlarımın müalicəyə ehtiyacı var. Amma iki aya yaxındır ki, nə dərman ala bilirəm, nə müayinəyə gedə bilirik".
Nərminə Əzizova yardımsevər şəxslərin dəstəyini istəyib.
"Yoldaşımla üç il əvvəl ayrılmışıq. Həmin gündən nə uşaqlarla maraqlanıb, nə də dəstək göstərib. Özüm hazırda yaşlı anamla birlikdə kirayədə qalıram. Ət dükanlarında xadimə işləyirəm, 400 manat maaş alıram. 200 manat kirayə pulu verirəm. İnanın 200 manatla iki xəstə uşaqla yaşamaq mümkünsüzdür. Bir il əvvəl atam rəhmətə gedib, ondan qalan maşını da satmışıq. İnanın hazırda o qədər çıxılmaz vəziyyətdəyik ki, yemək belə alanda çətinlik çəkirik. Hazırda uşaqlarımın müalicəsi üçün 700 manata ehtiyacımız var. İmkanlı şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 640-36-42.
Beynəlxalq Bank: 5522 0993 1308 7033.