Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Laçına köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib
Laçın şəhərinə yeni köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Növbəti köç karvanı Laçın şəhərinə çatıb.
"Report" xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər köçürülüb.
Laçın şəhərinə növbəti köç karvanı Bakıdan yola düşüb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər köçürülür.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınır.
Oxu.Az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı iyunun 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola düşür.
Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər köçürülür.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 534 ailənin, yəni 1 971 nəfərin daimi məskunlaşması təmin edilib.
Daha çox foto: PhotoStock.az
Aytac Qasımova
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Növbəti köç karvanı Həsənriz kəndinə çatıb: Açarlar təqdim olunub
- Həsənriz sakini: "Axır ki, bu dağlarda doğma səslər əks-səda verəcək"
- Sarıcalı və Ballıcaya köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib
- Keçmiş məcburi köçkün: "Ailəmlə birlikdə qalan ömrümü Sarıcalıda yaşayacağam"
- Sarıcalıya qayıdan sakin: "Ağdam mənim üçün çox həssas mövzudur"