Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Atatürk Türkiyənin Gəncədəki Baş Konsulluğunda anılıb - FOTO
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümü ilə əlaqədar bu ölkənin Gəncədəki Baş Konsulluğunun “Nuri Paşa” zalında anım mərasimi keçirilib.
“Report”un məlumatına görə, tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, rəsmilər, şəhər ziyalıları, şəhərdə təhsil alan türkiyəli tələbələr iştirak ediblər.
Çıxışçılar Atatürkün həyatından söhbət açıb, onu hörmətlə yad etdiklərini vurğulayıblar.
Qeyd edək ki, Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda Dolmabağça sarayında vəfat edib. Cənazəsi noyabrın 21-də müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, Mavzoleyin inşasından sonra isə 1953-cü il noyabrın 10-da oraya köçürülüb.
"Mustafa Kamal Atatürk" teqi üzrə xəbərlər
- Türkiyədə tarixi kəşfiyyat sənədi dərc olundu: Atatürkdən müsahibə almaq istəyən jurnalist kim idi?
- Azərbaycan dövlət qurumlarından Atatürkün anım günü ilə bağlı paylaşımlar
- Türkiyəli şəhid övladları: "Ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin yolu ilə gedirik"
- Atatürkün indiyə qədər məlum olmayan məktubu üzə çıxıb
- Bir əsr öncəki müqavilənin təkmil forması: Şuşa Bəyannaməsi türk dünyasını daha da gücləndirəcək