Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda dörd TV-yə yayım lisenziyası verildi
18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib. İclasda audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə bağlı bir sıra müraciətlərə baxılıb.
Oxu.Az xəbər verir ki, Audiovizual Şuranın müvafiq qərarları ilə "ABC-Telecom" MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi (xidmət adı: "Kontakt TV") lisenziyaları verilib. Bundan başqa, "SƏSTV" MMC-yə (televiziya redaksiyasının adı: "Səs TV") və "Biznes TV" MMC-yə (televiziya redaksiyasının adı: "Biznes TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub.
Yeni lisenziyaların verilməsindən sonra Azərbaycan Respublikasında audiovizual media subyektlərinin sayı 95-ə (135 lisenziya fəaliyyəti ilə) çatıb. Hazırda Audiovizual Şuradan lisenziya alaraq fəaliyyət göstərən 42 televiziya və 21 radio kanalı, beş sifarişli yayım xidməti provayderi, iki multipleks operatoru, 53 platforma operatoru mövcuddur.
"Audiovizual Şura" teqi üzrə xəbərlər
- Audiovizual Şura: "Matəm günü ilə əlaqədar televiziyaların proqramında DƏYİŞİKLİK ediləcək"
- Audiovizual Şuranın sədri mərakeşli həmkarı ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib
- İsmət Səttarov: "Qərəzsiz informasiya əldə etmək üçün media savadlılığına ehtiyac var"
- "Media savadlılığı" konfransının açılış mərasimi keçirilib
- Audiovizual Şura bəzi platforma operatorlarında nöqsanlar aşkarladı
Rəylər