140A saylı marşrut avtobusunun sürücüsünün nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə etməsi sərnişinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət edən sakinlər məlumat veriblər.
Sərnişinlərin sözlərinə görə, sürücü sükan arxasında telefondan istifadə etməsi ilə həm qaydaları pozub, həm də qəza baş verməsinə şərait yaradıb.
Məsələ ilə bağlı daşıyıcı şirkət BMH MMC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən sürücü barədə tənbeh tədbirləri görülüb:
"Sükan arxasında telefondan istifadə edərək yol hərəkəti qaydalarını pozduğuna görə sürücü cərimələnib. Habelə, bu tip davranışların bir daha təkrar olunmaması üçün sürücü ilə söhbət aparılıb".