Azərbaycanın aparıcı radiolarından olan 107.7 – “AvtoFM” 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xüsusi veriliş hazırlayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı bu gün saat 18:00-dan 20:00-dək Dj Aydının və Rövşən Həsənovun təqdimatında 107.7 – “AvtoFM”-in efirində yayımlanan “İnspektor” verilişinin növbəti buraxılışı sürücü, piyada və yol polisi sıralarında xidmət edən zərif cinsin nümayəndələrinə həsr olunub.
Veriliş boyu sükan arxasında əyləşən və piyada xanımlarla bağlı bir sıra məsələlər müzakirə olunacaq.
Radioda yayımlanan “İnspektor” verilişində Dövlət Yol Polisinin xanım əməkdaşı, DİN Baş DYPİ-nin polkovnik-leytenantı Fəqanə Kərimova iştirak edəcək. Saat 18.00-dan 20.00-dək DYP-dan olan zərif cinsin nümayəndəsi xanımları maraqlandıran suallara Dj Aydın və Rövşən Həsənovla birgə cavab verəcək.
Canlı efir vasitəsi ilə yol hərəkəti iştirakçısı olan xanımlara Dövlət Yol Polisinin xanım əməkdaşı, polkovnik-leytenant Fəqanə Kərimovaya, eləcə də hüquqşünas Ərşad Hüseynova yol hərəkəti və mübahisəli məqamlarla bağlı istənilən suallarını ünvanlamaq imkanı veriləcək.
Verilişə bağlanmaq üçün dinləyicilər bütün mobil operatorlardan *1077 nömrəsinə zəng edə və ya 1077 nömrəsinə SMS yaza bilərlər.
Qeyd edək ki, sürücü və piyadaların maarifləndirilməsi, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Azərbaycanın aparıcı radiolarından olan 107.7 – “AvtoFM”-in Dövlət Yol Polisi ilə birgə layihəsi olan “İnspektor” verilişi həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 18:00-dan 20:00-dək Dj Aydının və Rövşən Həsənovun təqdimatında 107.7 – “AvtoFM”-in efirində yayımlanır.
Elvin Əhmədov
www.oxu.az