107.7 - “AvtoFM” radiosu “Qırmızı” adlı yeni sosial çarx hazırlayıb.
Oxu.Az xəbər verir ki, çarxın hazırlanmasında əsas məqsəd vətəndaşları işıqforun qadağanedici nişanında piyada keçidindən keçməməsinə yönəltməkdir.
Çarxda işıqforun qadağanedici nişanında piyada keçidində hərəkət edən vətəndaşlara qırmızı işıqda dayanmaq barədə çağırış edilib.
Qeyd edək ki, Azərbaycanın ən məşhur radiolarından olan 107.7 - “AvtoFM” radiosu daim sağlamlıqla və yol təhlükəsizliyi ilə bağlı sosial layihələr həyata keçirir.
E.Ə.
www.oxu.az