Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin may ayında dövlət büdcəsinə ödənişləri azaldıb.
Oxu.Az-a şirkətdən verilən məlumata görə, 2015-ci ilin may ayında dövlət büdcəsinə 132 milyon 96 min manat vəsait ödənilib.
Halbuki aprel ayında bu göstərici 132 milyon 503 min manat həcmində olub.
SOCAR bildirir ki, ümumilikdə 2015-ci ilin yanvar-may aylarında büdcəyə 605 milyon 42 min manat vəsait ödənilib.
Şirkət Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ayırdığı vəsaitlərin də həcmini bir ayda ( 2015-ci ilin aprel ilə may ayının müqayisəsi) 660 min manat azaldıb.
Ülviyyə R. Əli
www.oxu.az