Azərbaycanın aparıcı radiolarından olan 107.7 – “AvtoFM” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə xüsusi veriliş hazırlayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı bu gün saat 13.00-dan 15.00-dək DJ Ülviyyənin təqdimatında 107.7 – “AvtoFM”-in efirində yayımlanan “Avtogid” verilişinin növbəti buraxılışı uşaqlara həsr olunub.
Verilişdə uşaqlar yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını nümayiş etdiriblər. Uşaqlara həsr olunmuş buraxılış yolda təhlükəsizlik qaydaları, yol hərəkəti nişanları ilə bağlı maarifləndirmə və sürücülərin diqqətinin yolda uşaq təhlükəsizliyinə yönəlməsi ilə bağlı olub.
DJ Ülviyyənin təqdimatında 107.7 – “AvtoFM”-in efirində yayımlanan “Avtogid” verilişində əlavə olaraq uşaqlara Bakı 2015 I Avropa Oyunları haqqında ətraflı məlumat verilib.
Sonda “Avtogid” verilişinin uşaqlara həsr olunmuş buraxılışında iştirak edən uşaqlara “National Geographic Kids Azerbaycan” jurnalı hədiyyə olaraq paylanılıb.
Qeyd edək ki, DJ Ülviyyənin təqdimatında 107.7 – “AvtoFM”-in efirində yayımlanan “Avtogid” verilişi həftə içi hər gün saat 13.00-dan 15.00-dək yayımlanır. Verilişdə paytaxt küçələrində yaranan sıxlıq, hansı küçələrin təmirlə əlaqədar olaraq bağlanması, hansı ərazilərdə yeraltı və yerüstü keçidlərin istifadəyə verilməsi barədə dinləyicilərə ətraflı məlumat verilir.
Bundan başqa, verilişdə texnologiya ilə bağlı ən son məlumatlar, yeni avtomobillər, yarışlar ümumiyyətlə, nəqliyyatla bağlı bütün yeniliklər dinləyicilərin nəzərinə çatdırılır. Bayram və xüsusi günlərdə dinləyicilərlə müsabiqələr, viktorinalar keçirilir və hədiyyələr verilir.
Elvin Əhmədov
Foto: Nüsrət Abdullayev
www.oxu.az