Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

AYNA: Bakıda 165 nömrəli marşrutun avtobusları yenilənir
Paytaxtın Binəqədi qəsəbəsi Gənclər şəhərciyini "Memar Əcəmi", "20 Yanvar", "İnşaatçılar" metrostansiyaları və A.M.Şərifzadə küçəsi ilə əlaqələndirən 165 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, yanvarın 16-dan sərnişinlərin xidmətinə veriləcək 20 ədəd yeni "King Long" markalı ortatutumlu avtobus müasir, ekoloji cəhətdən təmiz "CNG" texnologiyası ilə təchiz olunub.
"Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir", - deyə məlumatda qeyd edilib.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Qarlı havada 40-dan çox avtobus qəzaya düşüb - RƏSMİ AÇIQLAMA
- Bakıdan dörd istiqamət üzrə avtobus reysləri TƏXİRƏ SALINDI
- Yük maşınları yeni qaydada yoxlanılacaq
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR
- Vətəndaşlar 594 nömrəli marşrut üzrə avtobus tapmaqda çətinlik çəkirlər - AYNA tapşırıq verib