Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AYNA: "COP29-un doqquz günü ərzində 378 minə yaxın sərnişin daşınıb"
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) zamanı tədbir üçün xüsusi təşkil olunmuş 18 nəqliyyat mübadilə mərkəzindən ötən gün 45 570 sərnişin daşınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentli məlumat yayıb.
Bildirilib ki, sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir. COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınması COP29 Azərbaycan Əməliyyat Şirkəti, DİN və AYNA tərəfindən birgə təmin edilir.
COP29-un keçirildiyi 9 gün ərzində daşımalar beynəlxalq meyarlara uyğun ən yüksək səviyyədə təşkil edilib və ümumilikdə 378 minə yaxın sərnişinə xidmət göstərilib.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Qarlı havada 40-dan çox avtobus qəzaya düşüb - RƏSMİ AÇIQLAMA
- Bakıdan dörd istiqamət üzrə avtobus reysləri TƏXİRƏ SALINDI
- Yük maşınları yeni qaydada yoxlanılacaq
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR
- Vətəndaşlar 594 nömrəli marşrut üzrə avtobus tapmaqda çətinlik çəkirlər - AYNA tapşırıq verib