Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
AYNA-nın fəaliyyəti Şuşa şəhərini əhatə etməyəcək
Prezident İlham Əliyev 6 iyun 2024-cü il tarixli fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilib
"Report" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra agentlik Şuşa şəhəri istisna olmaqla avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımaların təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin edəcək, yenə də Şuşa şəhəri istisna olmaqla digər ərazilərdə avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələrinin), yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy verəcək.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Velosiped və skuter sürücüləri üçün çəkilən zolaqlar niyə yarımçıq kəsilir?
- Yeni Suraxanı sakinlərinin ictimai nəqliyyat PROBLEMİ
- Bakıda darvazanı dayanacaq "təyin" etdilər, qaz borusuna nişan vurdular
- "Ukrayna dairəsi''ndə SIXLIĞIN aradan qaldırılması üçün nə təklif olunur?
- Nazir müavini: "Cari ildə ölkəyə 200 ədəd elektrik mühərrikli avtobus gətiriləcək"
Rəylər