Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Fransanın baş naziri Makronun amansız rəqibi oldu
Bir vaxtlar Prezident Emmanuel Makronun güclü tərəfdarı olan Fransanın Baş naziri Qabriel Attal indi onun amansız rəqibinə və dövlət başçısının siyasi karyerası üçün ən böyük təhlükəyə çevrilib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri yazıb.
Qeyd olunub ki, Makronun aşağı reytinqləri və parlament seçkisi zamanı Fransada hakim ittifaqın zəifləməsi fonunda Attal ölkədəki hakimiyyət boşluğunu uğurla doldurmağı bacarıb. Bu vəziyyətdə baş nazir Fransa parlamentarilərindən dəstək alıb.
"Növbədənkənar seçkinin ikinci turunda Makron koalisiyasının nisbi uğuru fonunda Attal fürsətdən istifadə edib və prezidentin istəklərinin əksinə olaraq, parlamentdəki əsas mərkəzçi qrup olan "Renessans"a nəzarəti ələ keçirib", - materialda qeyd olunub.
İndi vəzifəsini tərk edən baş nazir bütün prezident partiyasının rəhbəri olmağa çalışır ki, bu da onu Makronun rəqibinə çevirir.
"Qabriel Attal Avropa və parlament seçkisində məğlub olmasına baxmayaraq, fransızlar arasında həmişəki kimi məşhurdur. (Makron tərəfindən) növbədənkənar seçkinin təyin edilməsi qeyri-populyar qərar oldu, lakin bu, Attalın populyarlığına təsir etmədi, çünki o, prezidentə (qərarına) qarşı çıxmışdı", - nəşr Fransa İctimai Rəy İnstitutunun eksperti Baptiste Düponun sözlərini sitat gətirir.
Onun fikrincə, bu fonda bədxah rolu prezidentə düşüb.
Rəylər