Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fransada siyasi dalan: Baş nazir istəklərinin əksinə olaraq vəzifədə qaldı
Fransanın Baş naziri Qabriel Attal ölkə prezidentinin iqamətgahı olan Yelisey sarayına gedərək istefa verib. Lakin dövlət başçısı Emmanuel Makron onun ərizəsini qəbul etməyib.
Bu barədə BFM TV Yelisey sarayındakı mənbəyə istinadla məlumat verib.
Bildirilir ki, prezident Attaldan ölkənin sabitliyini təmin etmək üçün müvəqqəti olaraq vəzifəsində qalmağı xahiş edib.
Qeyd edək ki, Attal iyulun 7-də Milli Assambleyaya (Fransa parlamenti) seçkinin nəticələrindən sonra istefa vermək niyyətini açıqlamışdı. Nəticələrə görə, Attalın da daxil olduğu Makronun koalisiyası yalnız ikinci yeri tutub (parlamentdə 163 yer).
Rəylər