Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fransa seçicilərinin yarısı Makronun impiçmentini dəstəkləyir
Fransa seçicilərinin yarısı sol müxalifətin Emmanuel Makronu ölkə prezidenti səlahiyyətlərindən məhrum etmək üçün parlamentdə prosedura başlamaq niyyətini dəstəkləyir.
Oxu.Az xəbər verir ki, bunu "BFMTV" kanalının sifarişi ilə "Elabe" sosioloji xidmətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.
Respondentlərin 49%-i "Tabe olmayan Fransa" sol partiyasının Makronun impiçmentini tələb edən qətnaməni parlamentin Milli Assambleyasına (aşağı palatası) təqdim etmək niyyətini dəstəkləyib, 50%-i isə əleyhinə çıxıb.
Sorğu 27-28 avqust tarixlərində yaşı, cinsi, peşəsi, dini və yaşayış bölgəsi əsasında seçilmiş 18 yaşdan yuxarı min Fransa sakini arasında onlayn rejimdə aparılıb.
Sol müxalifətin nümayəndələri namizədliyi "Yeni Xalq Cəbhəsi" alyansı tərəfindən irəli sürülən iqtisadçı Lusi Kasteni baş nazir postuna təyin etməkdən imtina etdiyinə görə dövlət başçısının impiçmentinə müraciət etmək niyyətlərini açıqlayıblar.
Respondentlərin 63%-i növbədənkənar seçkidən 7 həftə sonra Fransada yeni hökumətin formalaşmamasında prezidenti və onun tərəfdarlarını günahlandırır.
Rəylər