Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Müəmmalı şəkildə kanalda batan qazinin meyiti tapıldı
Sumqayıtda kanalda batan 26 yaşlı şəxsin meyiti sudan çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, avqustun 9-da Sumqayıt şəhəri, "Stansiya Sumqayıt" adlanan ərazidə avtomobilin su kanalına düşməsi nəticəsində batmış 1998-ci il təvəllüdlü Abusət Fəxrəddin oğlu Əliyevin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, Abusət Əliyev 44 günlük Vətən müharibəsi iştirakçısı olub. Hadisə zamanı onun maşınında özündən başqa iki nəfər olub. Həmin şəxslər üzərək kanaldan çıxa biliblər. A.Əliyevin meyiti isə günlərlə axtarılıb.
Rəylər