Əlbəttə hamı razılaşar ki, həyat asan deyil, bəzən isə lap dözülməz olur. Və bizim ölkəmizdə də kifayət qədər mənfi məqamlar var, hətta bəzən səbir kasanın daşacağını da düşünməyə başlayırsan. Və uzun iş günündən sonra axşamlar əyləşirik, başlayırıq hər şeyi və hər kəsi tənqid etməyə - qonşu ölkələrdə yemək dadlıdır, hava təmizdir, insanlar xeyirxahdır...
Facebook-da bir şəxsin təsadüfən oxuduğum statusu məni yenidən düşünməyə vadar etdi. Başqalarını bilmirəm, amma bu əhvalat mənə çox təsir elədi, sonda az qala ağlayırdım.
“Bir neçə gün əvvəl, daha dəqiq bazar günü yemək üçün “Şaurmaya” baş çəkdim, oğlum da yanımda idi. “Şaurma”nın işçisi uşağa bir şar verdi və o, bütün yol boyu, partlayanadək bu şarla oynayırdı.
“Elmlər Akademiyası”nda takyisə əyləşdik və Şamaxinkaya istiqamət götürdük. Metronun “20 Yanvar” stansiyasında tıxacda dayandıq. Sən demə, bütün bu vaxt ərzində partlamış şar oğlumun cibində imiş və o, şarı köpürtməyə çalışarkən qəflətən onu uddu. Mən bu şarı cibindən necə çıxardığını, necə onu üfürməyə çalışdığını görmədim, çünki hər şey bir neçə saniyəyə baş verdi.
Birdən gördüm ki, oğlum dartındı, ayaqlarını tərpətməyə başladı, mən çevrildim və onun göyərdiyini, boğulmağa başladığını gördüm. Tıxacda olduğumuz üçün ağlıma gələn ilk fikir avtomobildən çıxmaq və ətrafdakılardan kömək istəmək oldu. Uşaq əlimdə çığırmağa başladım: kömək edin, uşaq boğulur. Sonra onun ürəyinə massaj etməyə başladım, süni nəfəs verdim – kitabda oxuduğum, filmlərdə gördüyüm və ümumiyyətlə eşitdiyim hər bir şeyi edirdim. Uşaq özünə gəlmirdi, artıq nəfəs də almırdı. Mənim ağlıma da gəlmirdi ki, o, nəsə uda bilər, çünki əlində heç nə yox idi. Lakin düşündüm bəlkə maşında nəsə tapıb və buna görə də, iki barmağımızı onun ağzına saldım və udlaqından dartmağa başladım. Fontan kimi qan axmağa başladı, üstüm-başım, oğlum təmiz qan oldu, və mən düşünməyə başladım ki, özümü necə tez bir şəkildə öldürə bilərəm, çünki onun ölümünə dözə bilməzdim.
İtirəsi bir şeyin olmadığını düşünüb barmaqlarımı yenə də onun ağzına, bu dəfə daha dərinə saldım və birdən barmaqlarımla onun boğazında yad cismin olduğunu aşkarladım. Barmaqlarımın ucu ilə bu lənətəgəlmiş şarı güclə çıxardım. Elə səs gəldi ki, elə bil yaşlı kişi öskürürdü. Oğlum nəfəs aldı və boğazından qan gəlməsinə baxmayaraq, tez bir vaxtda ayıldı – baş verənləri təsəvvür etmək çətindir.
İndi deyim bütün bunları niyə yazıram. Şarı çıxartdıqdan sonra biz taksiyə əyləşdik və 9-cu mikrorayondakı xəstəxanaya üz tutduq. Arxamızca 5 ya 6 maşın gəlirdi. Hərəkət istiqamətinin əksinə çıxdıq və bizi yol polisi saxladı. Polis yaxınlaşdı, maşına baxdı və öz maşınına tərəf qaça-qaça bizə qışqırdı ki, tez onun arxasınca sürək.
Xəstəxanadan sonra “Şamaxinkaya”, valideynlərimin yanında getdik. Bax elə həyətə daxil olanda arxamızca daha bir neçə maşın gəldi. Bu insanların əlində su, oyunçaq, uşaq üçün şort və sair vari idi. Bu insanları tanımırdım, o polisi tanımırdım, lakin bir şeyi bilirəm ki, bütün bu insanlar Azərbaycanlılardır. Biz çoxumuzun tənqid etdiyimiz ölkədə yaşasaq da, insanlarımız gözəldir, bu danılmazdır. O adamların arasında ər-arvad da var idi. Qadın göz yaşları içində, kişi isə gözü yaşlı, əsirdi. Bax belə şeyi çox nadir yerlərdə görə bilərsən. Millətimə qurban olaram.
P.S. İyulun 24-də oğlumun 2 yaşı oldu. Bizi qoyub getmədiyi üçün ona sağ ol deyirəm. Oğlum, nə zamansa bu statusu oxusan, anlayacaqsan ki, mən səni necə çox sevirəm”, - Murad Rəcəbov adlı istifadəçi yazıb.
Bu sözlərin müəllifi ilə razılaşmamaq çətindir. Biz necə olsaq da, biz – Azərbaycanlılar – avropalılar kimi intizamlı olmasaq da, qızğın, səbirsiz olsaq da, lakin həmişə əvəzsiz qonaqpərvərliyimiz var, və hətta bizə tamamilə yad olan insanların dərdini də ürəyimizə yaxın qəbul edir, kömək etməyə çalışırıq.
Aliyə İsmayılzadə
www.oxu.az