Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam Bakıdakı 4 saylı qadın cəzaçəkmə müəssisəsində icra olunub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu cəzaçəkmə müəssisəsindən 14 qadın məhkum azadlığa buraxılıb.
Əfv sərəncamının icrası ilə bağlı 4 saylı qadın cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə ombudsman Elmira Süleymanova, Penitensiar Xidmətin rəis müavini, general-mayor Hüseyn Əlixanov çıxış edib. Onlar Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamını yüksək qiymətləndiriblər, azadlığa buraxılanları təbrik ediblər.
E.Ə.
www.oxu.az