Bir ay əvvəl qoşunların təmas xəttini keçən Ermənistan vətəndaşı ölkəsinə təhvil verilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) mətbuat katibi İlahə Hüseynovanın verdiyi məlumata görə, Ermənistanın Tavuş vilayəti Berd rayonu Varin Qarmiraxbuyr kənd sakini, 09.03.1991-ci il təvəllüdlü Xocayan Arsen Ananyeviç ölkəsinə təhvil verilib.
Qeyd edək ki, A.Xocayan martın 7-də qoşunların təmas xəttini keçib.
Dindirilmə zamanı o, qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib.