Ucar sakini həddi-büluğa çatmayan qızla cinsi əlaqədə olduğu üçün həbs edilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayon mərkəzində baş verib.
Ucar şəhər sakini 25 yaşlı, Məlikov Taleh Mirsahib oğlu 8-ci sinif şagirdi olan 14 yaşlı qızla cinsi əlaqədə olduğu üçün Ucar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Ucar rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152-ci maddəsi (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə cinayət işi açılıb.
Araşdırma aparılır.