Bu gün günorta saatlarında Tovuz rayonunda sakinlər erməni gənci tutublar.
Oxu.Az Turkel TV-yə istinadən xəbər verir ki, ermənini ilkin olaraq ətrafda yaşayan sakinlər görüb.
Sonra həmin erməni gənci Milli Təhlükəsizlik Nazirliyinin Tovuz rayonu üzrə bölməsinin əməkdaşlarına təhvil veriblər.
Faktı Tovuz rayon MTN rəisi Azad Qurbanov da TTV-yə təsdiqləyib. Onun sözlərinə görə, erməni olan bu gənc nə azərbaycan, nə də rus dillərini bilir.
Hazırda həmin şəxs Bakıya Milli Təhlükəsizlik Nazirliyinə aparılır.