NARGIS jurnalının fevralın 28-də Gürcüstanda təqdimatı mərasimi keçirilib.
Oxu.Az Buro 24/7 istinadən xəbər verir ki, tədbir Tbilisinin İ.Qrişaşvili adına “Karvasla” tarix muzeyində Azərbaycanın “Jan Atelier” geyim brendi və gürcü dizayneri Simon Moçabelinin kolleksiyalarının nümayişi ilə başlayıb.
Nümayişi izləməyə gələnlər sırasında mədəniyyət, incəsənət, media və moda sahələrinin tanınmış simaları var. Qonaqlar zövqlü və son dəb trendlərinə əsaslanan ecazkar geyimlərdə görünüblər.
Tbilisidə baş tutan moda nümayişindən ən yaddaqalan obrazları təqdim edirik.