Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan Endouroloji Cəmiyyətinin II Konqresi baş tutub
21-22 fevral 2025-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının 50 illik yubileyinə həsr olunmuş Azərbaycan Endouroloji Cəmiyyətinin II Konqresi baş tutub.
Oxu.Az-ın məlumatına görə, tədbirin açılış mərasimində səhiyyə naziri Teymur Musayev çıxış edərək ölkəmizdə urologiya sahəsində əldə olunan nailiyyətlərdən və bu sahənin inkişaf perspektivlərindən bəhs edib.
Daha sonra Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli Urologiya kafedrasının fəaliyyətini və elmə verdiyi töhfələri vurğulayıb.
Tədbirdə çıxış edən akademik Südeyif İmamverdiyev Urologiya kafedrasının 50 illik tarixinə nəzər salaraq, kafedranın keçdiyi inkişaf yolundan və bu sahədə yetişmiş tanınmış mütəxəssislərdən bəhs edib.
Konqresdə yerli və xarici aparıcı mütəxəssislər iştirak edib. Azərbaycan Endouroloji Cəmiyyətinin sədri, professor Rauf Nağıyev çıxış edərək ölkəmizdə endourologiyanın inkişafı və cəmiyyətin bu sahəyə verdiyi töhfələr barədə ətraflı məlumat verib.
Tədbirdə dünyanın nüfuzlu urologiya mütəxəssisləri, o cümlədən professor Ateş Kadıoğlu (Türkiyə), professor Tomas Knoll (Almaniya), professor Bhaskar Somani (Böyük Britaniya), professor Azanasios Papatsoris (Yunanıstan) və digər tanınmış alimlər iştirak edərək müasir endourologiyanın aktual məsələləri ilə bağlı məruzələr təqdim ediblər.
Konqres çərçivəsində urologiya sahəsində ən son elmi yeniliklər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb və multidisiplinar əməkdaşlıq imkanları dəyərləndirilib. Tədbir Azərbaycan Endouroloji Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilib.
"Teymur Musayev" teqi üzrə xəbərlər
- Dövlət və hökumət rəsmiləri bələdiyyə seçkisində səs veriblər
- Təyyarə qəzasında həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün DNT analizləri götürülüb
- Nazir: "Bakıda müalicəsi davam edən yaralıların vəziyyətləri qənaətbəxşdir"
- Nazir xanımları lazımsız plastik əməliyyatlardan uzaq tutmaq üçün çağırış etdi
- Teymur Musayev: "Saxta diplomlarla bağlı Baş Prokurorluğa müraciət etmişik"