Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Qarabağ" istədiyi argentinalı hücumçunu niyə transfer etmədi? - Açıqlandı
Bu qış Bolqarıstanın yüksək liqa təmsilçisi "Beroe" klubunun mərkəz hücumçusu Leandro Qodoyun adı "Qarabağ"la hallanmağa başlasa da transfer baş tutmayıb.
Oxu.Az xəbər verir ki, Bolqarıstanın "Maç Teleqraf" nəşri Qodoyla bağlı dərc etdiyi məqalədə bunun səbəblərinə toxunub.
"İndi Leandro Qodoyun bu mövsümün sonuna qədər klubunda qalmasının səbəbi bəlli olub. "Beroe"nin sahibi Ernan Banato futbolçu üçün çox yüksək məbləğ tələb edib - 2 milyon avro. O, qiyməti cəmi 100 min avro azaltmağa razı olub. Bu isə 24 yaşlı hücumçunu almaq istəyən əksər bir çox klubun fikrinin dəyişməsinə səbəb gətirib çıxarıb.
Qodoyun adı "Qarabağ" və Moskva "Lokomotiv"i kimi ciddi komandalarla hallanırdı. Avropa klublarının isə argentinalı üçün yarışmamasının səbəbi onun həm də Avropa pasportunun olmamasıdır", - deyə yazıda qeyd edilib.
Qeyd edək ki, Qodoy bu mövsüm komandası ilə 19 rəsmi oyun keçirib, 12 qol vurub.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- "Qarabağ"ın gənc qolkiperi karyerasını Serbiyada davam etdirə bilər
- Riçard Almeydanın "Qarabağ"dan ayrılmasının SƏBƏBİ
- "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
- PFL-dən "Qarabağ" - "Kəpəz" oyunu ilə bağlı QƏRAR
- Azarkeşsiz oyunlar: "Pul qazanmaq üçün işə gedən adam stadiona gəlib vaxt itirmək istəmir"