Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kanye transparant libası ilə diqqətləri üzərinə çəkən Byankadan boşanır? - Qərarlarını açıqladılar
Reper Kanye Uest və həyat yoldaşı Byanka Senzori "Qremmi" musiqi mükafatlarının təqdimetmə mərasimindəki qalmaqaldan sonra evliliklərini daha da möhkəmləndirmək qərarına gəliblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Page Six" məşhurlara yaxın insayderə istinadla xəbər yayıb.
Mənbə Kanye və Byankanın keçən həftə çox danışdıqlarını və bir-birlərindən imtina etməyə hazır olmadıqları qərarına gəldiklərini deyiblər.
Bildirilir ki, reper və model münasibətlərinə daha bir şans vermək istəyirlər.
Fevralın 2-də Los-Ancelesdə 67-ci "Qremmi" mükafatlarının təqdimetmə mərasimi baş tutub, burada Kanye Uest 10 ildən sonra ilk dəfə görünüb. Reperin xanımı qırmızı xalıda alt paltarı olmadan tamamilə transparant libasda görünüb. Mətbuat modelin həddindən artıq açıq-saçıq geyiminə görə tədbirdən qovulduğunu yazıb. Lakin Akademiyaya yaxın mənbə bu şayiələri təkzib edib.
Daha sonra Byanka Senzori və Kanye Uestin boşanacağına dair məlumatlar ortaya çıxıb. Ancaq fevralın 14-də cütlüyün nümayəndəsi şayiələri yalan adlandırıblar. Bununla belə, "New York Post" qəzetinin mənbəyi bildirib ki, Byanka əvvəlcə qalmaqallı geyimdə ictimaiyyətə çıxmaq istəməyib, amma Kanyenin təkidi ilə bunu edib. Buna görə reper sonradan həyat yoldaşından üzr istəməli olub.
"Byanka Senzori" teqi üzrə xəbərlər
- Byanka Senzori bu dəfə ÇADRA geyindi
- "Qremmi" qalmaqalından sonra Kanye Uest və Byanka Senzori boşanmağa hazırlaşırlar
- "Qremmi"dəki qalmaqaldan sonra Kanye Uest öz xəstəliyi barədə gözlənilməz açıqlama verdi
- Kanye Uest arvadının "Qremmi"yə çılpaq qatıldığı üçün qovulmalarına dair ilk dəfə açıqlama verdi
- "Qremmi"də qalmaqal: Çılpaq Byanka Senzori və Kanye Uest tədbirdən qovuldular