Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Byanka və Kanye ayrıldıqdan sonra ilk dəfə bir yerdə görünüblər
Amerikalı reper Kanye Uest aprelin əvvəlində həyat yoldaşı Byanka Senzorinin onu tərk etdiyini açıqlamışdı. Bu barədə sənətçi yeni mahnısında bəhs etmişdi. İndi isə cütlük birlikdə İspaniyada görüntülənib.
Oxu.Az bu barədə thevoicemag.ru-ya istinadən xəbər verir.
Onlar Aralıq dənizi sahilində yerləşən Balear adalarından birində hind restoranında görünüblər. Restorana gələnlər tərəfindən tanınan cütlük xoş əhval-ruhiyyədə olub. Kanye böyükölçülü kapüşonlu geyimdə görünüb, Byanka isə özünəməxsus kombinezonlardan birini seçib.
Model və musiqiçi restoranda eyni masada əyləşib, axşam boyu canlı söhbətlər aparıblar. Aralarında nəzərəçarpacaq gərginlik müşahidə olunmayıb. Onlar yenidən xoşbəxt evli cütlük təsiri bağışlayıblar.
Qeyd edək ki, mart ayında Kanye təkbaşına Yaponiyaya səfər edib, həyat yoldaşı isə Los-Ancelesdə qalıb. Məhz bundan sonra reper yeni albomunda həyat yoldaşının onu tərk etdiyini açıqlamışdı.
"Byanka Senzori" teqi üzrə xəbərlər
- Byanka Senzori Kanye Uesti tərk edib
- Kanye transparant libası ilə diqqətləri üzərinə çəkən Byankadan boşanır? - Qərarlarını açıqladılar
- Byanka Senzori bu dəfə ÇADRA geyindi
- "Qremmi" qalmaqalından sonra Kanye Uest və Byanka Senzori boşanmağa hazırlaşırlar
- "Qremmi"dəki qalmaqaldan sonra Kanye Uest öz xəstəliyi barədə gözlənilməz açıqlama verdi