Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Byanka Senzori bu dəfə ÇADRA geyindi
Avstraliyalı model Byanka Senzorinin həddindən artıq açıq obrazlarıyla təəccübləndirmək artıq o qədər də mümkün olmadığı üçün Kanye Uest yeni bir strategiya seçib. Belə ki, bu dəfə o həyat yoldaşına çadra geyindirib.
Oxu.Az-ın verdiyi məlumata görə, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
Reper və onun həyat yoldaşı Los-Ancelesdə Vanessa Bikroftun rejissorluğu ilə çəkilmiş filmin ilk nümayişində görünüblər. Bu filmdə Byanka baş rolu oynayıb.
Daha əvvəl Kanye bəyan etmişdi ki, o, Byankanı bütün dünyaya özünün onu gördüyü kimi göstərmək istəyir.
"Mən həyat yoldaşım Byanka ilə çox fəxr edirəm. O, Yaponiyada çəkilmiş ilk tammetrajlı filmində baş rol oynayıb. Filmin rejissoru Vanessa Bikroftdur, prodüseri isə mənəm," - deyə Uest sosial şəbəkədə yazıb.
Qeyd edək ki, filmdə Byanka tamamilə çılpaq obrazlarda görünüb.
"Byanka Senzori" teqi üzrə xəbərlər
- "Qremmi" qalmaqalından sonra Kanye Uest və Byanka Senzori boşanmağa hazırlaşırlar
- "Qremmi"dəki qalmaqaldan sonra Kanye Uest öz xəstəliyi barədə gözlənilməz açıqlama verdi
- Kanye Uest arvadının "Qremmi"yə çılpaq qatıldığı üçün qovulmalarına dair ilk dəfə açıqlama verdi
- "Qremmi"də qalmaqal: Çılpaq Byanka Senzori və Kanye Uest tədbirdən qovuldular
- Kanye Uest və ictimaiyyət qarşısına daim yarıçılpaq çıxan Byanka Senzori boşanır