Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Cavanşir Qurbanov VƏFAT ETDİ
Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.
Oxu.Az xəbər verir ki, Əməkdar bədən tərbiyəsi və idman xadimi 78 yaşında dünyasını dəyişib.
Cavanşir Qurbanov "Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenli, beynəlxalq dərəcəli hakim, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri olub.
O, 1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, 1995-2006-cı illərdə AGF-nin I vitse-prezidenti, 2006-2017-ci illərdə qurumun regionlar üzrə vitse-prezidenti olub. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub.
Qeyd edək ki, Cavanşir Qurbanov nəğməkar-şair Cəlal Qurbanovun atasıdır.
"Azərbaycan Güləş Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycanın yeniyetmələrdən ibarət sərbəst güləş millisi Avropa çempionu olub
- Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək Avropa çempionu oldu
- Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib
- Avropa çempionatı: Bu gün üç güləşçimiz mübarizəyə qoşulacaq
- Avropa çempionatı: Azərbaycan güləşçiləri 3 medal qazandılar