Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan minifutbol millisinin üzvü: "Növbəti qarşılaşmalarda qələbə qazanacağıq"
"Bəhreynlə çox ağır oyun keçirdik".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan minifutbol millisinin üzvü Mirmehdi Rzayev Bakıda təşkil olunan dünya çempionatında keçirdikləri ilk matçla bağlı danışarkən deyib.
Yığmanın yeganə qolunun müəllifi olan oyunçu Bəhreyn seçməsi ilə 1:1 hesablı heç-heçə etdikləri görüşü dəyərləndirib: "Rəqib komandanın bəxti gətirdi. Hücum oyunu oynayırdıq. Adi bir səhvdən qol buraxdıq. Təəssüf ki, bu gün belə alındı. Azarkeşlərin önündə oynamaq çətin oldu. Amma inanıram ki, növbəti qarşılaşmalarda qələbə qazanacağıq. Komandamıza inanıram".
Qeyd edək ki, Elşad Quliyevin baş məşqçisi olduğu Azərbaycan seçməsi növbəti matçını mayın 23-də Slovakiyaya qarşı keçirəcək.
Anar Həsənov
"Minifutbol üzrə dünya çempionatı 2025" teqi üzrə xəbərlər
- Minifutbol millimizin dünya çempionu olması münasibətilə Bakıda konsert keçirilib
- Ağaseyid Qasımov: "Bizi aşağı çəkməyə çalışan insanları bizdən saymıram"
- Elvin Əlizadə: "Dünya çempionatına bəlkə də ən ciddi hazırlaşan bizim komanda idi"
- Təmkin Xəlilzadə: "Mənə olan inamı doğrultduğum üçün qürurluyam"
- Minifutbol üzrə dünya çempionu olan Azərbaycan yığmasının oyunçuları şəhər gəzintisində