Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
AZAL rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib
Sentyabrın 27-də Anım Günü ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin rəhbərliyi və kollektivi inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, ziyarətçilər xatirə daşının önünə gül dəstələri düzərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.
Vətən övladlarının müstəsna fədakarlığı və cəsarəti sayəsində otuzillik işğala cəmi 44 gün ərzində son qoyulub. Qarabağ və Şərqi Zəngəzur, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri düşmən işğalından azad edilib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr Anım Günü kimi qeyd olunur.
Bu gündə bütün Azərbaycan xalqı Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitləri dərin ehtiramla anır.
"AZAL (Azərbaycan Hava Yolları)" teqi üzrə xəbərlər
- Təyyarə ilə cənazə necə gətirilir? - Rüsumları bəlli olmayan daşıma xidməti...
- Zaxarova qəzaya uğrayan Azərbaycan təyyarəsi barədə Baku TV-nin sualına cavab verib
- Qazaxıstan AZAL pilotları ilə dispetçer arasındakı danışığın stenoqramını şərh etməyəcək
- Aktauda AZAL təyyarəsinin qəzasının araşdırılması: Ekoloqlar işə başladılar
- Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"