Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bu gecə Bakının mərkəzində işıq kəsiləcək
Bu gecə Bakının Nəsimi rayonunun bəzi küçələrində elektrik enerjisinin verilişi dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nəsimi rayonunda elektrik şəbəkəsində həyata keçirilən təmir işləri ilə əlaqədar sentyabrın 28-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq, saat 01:00-dan saat 06:00-dək Azadlıq prospekti, Mirəsədulla Mirqasımov, Mirəli Qaşqay, Xan Şuşinski, Möhsün Sənani, Həsən Əliyev, Ceyhun Hacıbəyli, İmran Qasımov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.
"Bakı" teqi üzrə xəbərlər
- Manuela Traldi: "Azərbaycanın biznesə yanaşması beynəlxalq səviyyədə tanınmağa layiqdir"
- Bakıda yaşayış binasında güclü yanğın olub
- Bakının hansı küçələrində sıxlıq var? - 25.02.2025
- Paytaxtın bəzi yollarında baş verən qəzalara görə sıxlıq yaranıb - SİYAHI
- Nostaljidən sevincə - Bakının qış MƏNZƏRƏSİ