Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yeni sədr seçildi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı məsələ AHİK-in bu gün keçirilən növbədənkənar VII qurultayının gündəliyinə daxil edilib.
Səttar Suliddin oğlu Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkisində iştirakı ilə bağlı vaxt çatışmazlığı səbəbindən AHİK-in sədri vəzifəsindən istefası məsələsi qəbul edilib və qurultay iştirakçıları bu vəzifəyə Sahib Əli oğlu Məmmədovun namizədliyinə yekdilliklə səs veriblər.
Qeyd edək ki, S.Məmmədov 1978-ci ildə anadan olub və Kiyev Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2014-cü ildən İqtisadiyyat Nazirliyində çalışan Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif olunub.
Ailəlidir, 2 övladı var.

"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)" teqi üzrə xəbərlər
- Bir qrup tələbəyə adlı təqaüd verilib
- Azərbaycan və Somali həmkarlar ittifaqları arasında Anlaşma Memorandumu imzalanıb
- AHİK nümayəndə heyəti Cenevrədə bir sıra görüşlər keçirib
- AHİK uşaqlar üçün bayram şənlikləri keçirir, sovqatlar paylayır
- AHİK və üzv təşkilatlar uşaqları müxtəlif hədiyyələrlə sevindirib