Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər.
Bu barədə "Report"un sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
"Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.
"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK)" teqi üzrə xəbərlər
- BQXK əməkdaşları Azərbaycanda saxlanılan Qarabağ separatçılarına növbəti dəfə baş çəkiblər
- BQXK-nın koordinatoru: "Qalıqları tapılan şəxslərin kəllə sümüyü dişlərinə kimi çəkilir"
- Qızıl Xaçın məktubları necə yazılır? - "Saxlayan tərəfin senzura tətbiq etmək hüququ var"
- BQXK rəsmisi: "Biz BMT-yə tabe deyilik"
- BQXK Bakıda həbsdə olan Qarabağ separatçılarına baş çəkib