Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi katolik kilsəsində Pasxa münasibətilə bayram messası başlanıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, Azərbaycanın katolikləri ənənəvi olaraq bayram ibadətinə ailə üzvləri və yaxınları ilə birlikdə gəliblər.
İsa Məsihin Dirilişi ən əhəmiyyətli xristian bayramı hesab olunur. Bu il həm katoliklər, həm də pravoslavlar Pasxanı eyni gündə, 20 apreldə qeyd edirlər. Bu nadir təsadüf müxtəlif təqvimlərin xüsusiyyətləri ilə izah olunur.
İbadətdən fotoreportajı təqdim edirik: