Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kütləvi zəhərlənmənin qeydə alındığı şadlıq sarayının administratoru danışdı: "Səbəb bizə də maraqlıdır"
Kütləvi zəhərlənmənin qeydə alındığı "Venesiya" şadlıq sarayının administratoru Nəbi Baxşəliyev Baku TV-yə danışıb.
Onun sözlərinə görə, hadisə baş verən gün şadlıq sarayının hər iki zalında məclis olub, lakin təkcə birindəki qonaqlar arasında zəhərlənmə faktı qeydə alınıb.
"Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı araşdırma aparır. Qidaların hamısı şadlıq sarayına sertifikasiya əsasında daxil olur. Zəhərlənməyə nəyin səbəb olduğu bizə də maraqlıdır", - deyə administrator əlavə edib.
Ətraflı Baku TV-nin süjetində:

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 18-də saat 22:30-da Xətai rayonunda yerləşən iaşə obyektindən çağırış daxil olub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, çağırış yerinə təcili tibbi yardım briqadaları cəlb olunub:
"Müxtəlif saatlarda təcili tibbi yardım briqadaları vasitəsilə zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub".
Məlumatda qeyd edilib ki, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.
"Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb", - deyə bildirilib.

Aləmdə Nəsib
"Aprelin 19-da 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub:
"Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb".
Aləmdə Nəsib
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
Həmçinin bildirilib ki, hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb.
Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub.
Hazırda araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
Bakıda toyda kütləvi zəhərlənmə baş verib.
Oxu.Az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, general Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.
Mərasim zamanı zəhərlənən 21 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Zəhərlənənlər arasında qonaqlarla yanaşı, toyda çıxış edən müğənnilərin də olduğu qeyd olunur.
İlkin ehtimallara görə, zəhərlənməyə səbəb qida məhsulları olub.
Faktla bağlı araşdırma aparılır.
"Kütləvi zəhərlənmə" teqi üzrə xəbərlər
- Bakıda toyda 51 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma başlayıb
- "Venesiya" şadlıq sarayındakı toyda zəhərlənən müğənni danışdı: "Ölümdən qayıtdım"
- Türkiyədə növbəti kütləvi zəhərlənmə: Toyuqlu plov yeyən çox sayda insan xəstəxanaya yerləşdirildi
- Tovuzda məktəbdə zəhərlənmə: Hadisənin TƏFƏRRÜATI
- Dönərdən kütləvi ZƏHƏRLƏNMƏ: Üçü azyaşlıdır