Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Paytaxtın ən böyük prospektlərindən birində sıxlığa səbəb olan təmir işləri nə zaman bitəcək?
Aprelin 20-də Bakı şəhəri, Ziya Bünyadov prospektinin bir hissəsində (metronun "Koroğlu" stansiyası istiqamətində "Çermet" körpüsündən tunelin girişinə qədər olan hissədə) təmir işləri aparılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
Bakı şəhəri, Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Əliyar Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri davam edir.
Oxu.Az-a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnə asfaltın qaşınması) prosesi yekunlaşıb. Hazırda ərazidə təmizlənmə işləri həyata keçirilir. Növbəti mərhələdə isə sözügedən hissəyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Qeyd edək ki, aparılan təmir işlərinin bu gün axşam saatlarına qədər yekunlaşdırılması planlaşdırılır.
Metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov prospektində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır:
"Bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb".
"Yollarda hərəkətin məhdudlaşdırılması" teqi üzrə xəbərlər
- Bakıda iki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
- Bakının bir küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq
- Bakıda Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq
- Bakının bəzi küçə və prospektlərində hərəkət TAM MƏHDUDLAŞDIRILIB
- Sabah Bakının bəzi küçə və prospektlərində hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - SİYAHI