Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ-də Rusiyanın "Pasxa atəşkəsi" elan etməsi şərh olunub
Rusiya "Pasxa atəşkəsi" elan etməklə Ukrayna ilə bağlı sülh danışıqlarına açıq olduğunu nümayiş etdirib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin "The New York Times" (NYT) qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, Putin səbirsiz Tramp administrasiyasına Moskvanın hələ də sülh danışıqlarına açıq olduğunu göstərmək məqsədi daşıyan "Pasxa atəşkəsi"ni elan edərək, Ukraynaya qarşı bütün hərbi əməliyyatların dayandırılması əmrini verib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə "Pasxa atəşkəsi" elan edib. Dövlət başçısının təklifinə əsasən, Rusiya tərəfi aprelin 19-u saat 18:00-dan (Bakı vaxtı ilə 19:00 - red.) aprelin 21-i saat 00:00-dək (Bakı vaxtı ilə 01:00 - red.) bütün hərbi əməliyyatları dayandıracaq.
"Rusiya-Ukrayna münaqişəsi" teqi üzrə xəbərlər
- Tramp Putinlə telefon danışığının vaxtını açıqlayıb
- İtaliya Ukraynaya ümumi dəyəri üç milyard avro olan silahlar göndərib
- Rusiya ordusu Aleksandropolu nəzarətə götürdü
- Rusiya-Ukrayna danışıqlarının dalana dirənmə SƏBƏBİ - Türkiyədən konkret təklif
- Hakan Fidan Rusiya-Ukrayna danışıqlarının yekunlarını açıqladı